Deyli Blind “Jirona”da daha uzun müddət çıxış edəcək.
“Football-plus.az” xəbər verir ki, İspaniya klubu müdafiəçi ilə müqaviləni yeniləyib. 34 yaşlı futbolçu ilə müqavilənin müddəti 2026-cı ilin iyununa qədər uzadılıb.
Blind “Jirona”da 2023-cü ilin yayından çıxış edir. O, komandanın tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanmasında rol oynayıb. Niderlandlı futbolçu bu mövsüm 35 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.