Runi gözlənilən addımı atdı

25.06.2022 18:58 375
Dünya futbolu
Nəhayət, Ueyn Runi çoxdan gözlənilən adımı atıb:

o, “Derbi Kaunti”nin baş məşqçi vəzifəsindən istefa verib.

İngiltərə klubunun rəsmi saytının məlumatına görə, 36 yaşlı mütəxəssis komandanı öz istəyi ilə tərk edib. O, “Derbi Kaunti”ni 2020-ci ilin noyabrından çalışdırırdı. Komanda onun rəhbərliyi altında ötən mövsüm çempionşip adlanan 2-ci divizionu tərk etmişdi.

Qeyd edək ki, klub 2021/22 mövsümündə ciddi maliyyə problemləri ilə üzləşib. Bu səbəbdən hesabından 21 xal çıxılan “Derbi Kaunti” 24 iştirakçı arasında 23-cü yeri tutub.