Sabah Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Nyukasl" Bakıya doğru yola düşüb.
"Football-plus.az" xəbər verir ki, bu gün saat 20.30-da İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Haunun mətbuat konfransı təşkil olunacaq. Daha sonra - saat 21.00-da "Nyukasl"ın ilk 15 dəqiqəsi media üçün açıq olan məşqi başlayacaq.
Xatırladaq ki, matç sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21.45-də başlayacaq.