“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq

6.07.2026 22:40 19
Ölkə futbolu
“Şamaxı”nın yay təlim-məşq toplanışı zamanı növbəti rəqibi məlum olub.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi Qətərin “Əl-Xaraitiyat” klubu ilə qarşılaşacaq.

Qarşılaşma iyulun 26-sı Qəbələ şəhər stadionunda keçiriləcək.

Xatırladaq ki, "Şamaxı" iyulun 20-də "Kəpəz"lə, iyulun 30-da "Sumqayıt"la, avqustun 4-də isə “Qəbələ” ilə yoxlama oyunu keçirəcək.