“Atletiko Nasyonal”a qayıtdı

19.06.2024 14:00 439
Dünya futbolu
David Ospina “Əl-Nəssr”dən ayrılıb.

Səudiyyə Ərəbistanı klubunun rəsmi saytının məlumatına görə, 35 yaşlı qapıçının müddəti sona çatan müqaviləsi yenilənməyib. Ospina 2022-ci ilin yayından “Əl-Nəssr”də çıxış edirdi. O, əvvəllər “Arsenal” və “Napoli”də də oynayıb.

Kolumbiya millisinin qapıçısı vətəninə qayıdıb. 35 yaşlı David “Atletiko Nasyonal”a keçib. Bu barədə Kolumbiya klubunun rəsmi saytı məlumat yayıb. Ospina “Atletiko Nasyonal”ın yetirməsidi. O, 2005-08-ci illərdə bu klubda çıxış edəndən sonra “Nitsa”ya transfer olunub.