Məşhur mütəxəssis Amerikaya yollandı

4.08.2024 18:41 331
Dünya futbolu
Stiv Maklaren “Mançester Yunayted”in məşqçi korpusundan ayrılıb.

“Football-plus.az” xəbər verir ki, məşhur mütəxəssis yalnız bu klubu deyil, həm də vətəni İngiltərəni tərk edib. 63 yaşlı Maklaren Yamayka yığmasının baş məşqçisi təyin edilib. Bu haqda yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. İngiltərəli yeni postda Heymir Hadlqrimssonu əvəzləyib. Onunla bağlanan müqavilənin müddəti 2 illiyə nəzərdə tutulub.

Qeyd edək ki, Maklaren son 5 ildə heç bir komandada baş məşqçi kimi fəaliyyət göstərməyib. O, karyerası ərzində “Nyukasl”, “Tvente”, “Volfsburq”, “Nottingem Forest”, “Derbi Kaunti” klublarında və İngiltərə yığmasında işləyib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul