David De Xea Asiyada oynamaq variantına razılaşmayıb.
“Football-plus.az” xəbər verir ki, “Mançester Yunayted”in sabiq qapıçısı “Əl-Nəssr”in təklifindən imtina edib. “The Sun” qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanı klubu 33 yaşlı futbolçuya həftəyə 623 min dollar maaşı nəzərdə tutan müqavilə təklif edib. Lakin Davidin həyat yoldaşı Edurne Səudiyyə Ərəbistanına köçmək istəməyib.
İndi Dea Xeanın Lionel Messinin oynadığı “İnter Mayami”yə keçmək imkanı var. ABŞ klubu onun xidmətində maraqlıdı. İspaniyalı qapıçının MY ilə müqaviləsinin müddəti iyulda başa çatıb. David həmin vaxtdan azad agent statusu daşıyır.