“Turan Tovuz” “Traktor”la qarşılaşacaq - rəsmi

12.07.2025 12:28 16
Ölkə futbolu
Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Turan Tovuz”un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri məlum olub.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Komanda iyulun 29-da İran Pro Liqasının son çempionu "Traktor"la qarşılaşacaq.

Təbriz təmsilçisi ilə baş tutacaq oyunun başlama saatı və məkanı haqda əlavə məlumat veriləcək.