Çünki Naxçıvan şəhər stadionunda təmir və yenidənqurma işləri hələ yekunlaşmayıb. Bəs komanda ev oyunlarını harda keçirəcək? "Football-plus.az" saytı olaraq bu məsələni aydınlaşdırmaq üçün "Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırovla əlaqə saxladıq:
"Məşqçilər korpusu olaraq klub rəhbərliyi ilə daxili yığıncağımız baş tutub. Bir çox məsələləri müzakirə etmişik. Yaxın günlərdə mediaya ətraflı məlumat veriləcək".
ABDULLA İSMAYILOĞLU






