“Neftçi” ikinci oyunda da uduzdu - Dünya Seriyası

16.05.2026 17:23 98
İdman
Çinin Şanxay şəhərində keçirilən 3x3 basketbol üzrə Dünya Seriyasının mərhələsində mübarizə aparan “Neftçi”nin qadın komandası ikinci oyununda da məğlub olub.

"Football-plus.az" xəbər verir ki, Ratomir Deliçin rəhbərlik etdiyi kollektiv bu dəfə Niderlandın “Amsterdam” komandası ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşma rəqibin 18:15 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi” günün ilk matçında Tailand komandasına 14:19 hesabı ilə uduzub. Bununla da paytaxt təmsilçisi Şanxay mərhələsində çıxışını başa vurub.