“Səbail”in yay hazırlıq planı bəlli oldu

24.06.2024 16:31 268
Ölkə futbolu
“Səbail”in 2024/25 mövsümü üçün yay hazırlıq planı bəlli olub.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 27-də baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında bir araya gələcək komanda iyulun 3-nə qədər məşqləri Bakıda keçirəcək.

“Dənizçilər” iyulun 5-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Ərzurumda baş tutacaq təlim-məşq toplanışında komanda 3 yoxlama oyununa çıxacaq.

“Səbail” iyulun 11-də 1-ci liqa təmsilçisi “Ərzurumspor”la, 13-də isə Türkiyə superliqası klublarından “Hatayspor”la qarışlaşacaq. Sonucu rəqib və oyunların başlama vaxtı ilə bağlı yaxın günlərdə məlumat veriləcək. Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.

Qeyd edək ki, "Səbail" 2023/24 mövsümünü 42 xalla 7-ci pillədə bitirib.