Mahir "Kayzerslautern"dəki ilk qolunu 5-ci liqa klubuna vurdu!

17.08.2025 17:59 51
Dünya futbolu
Mahir Emreli Almaniya "Kayzerslautern"inin heyətindəki rəsmi oyunlarında ilk qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, bu, ölkə kubokunun 1-ci mərhələsində 5-ci liqa təmsilçisi "Ayntraxt-1949" ilə səfər oyununa təsadüf edib.

Start heyətində meydana çıxan 28 yaşlı hücumçu 15-ci dəqiqədə komandasının ikinci qolunun müəllifi olub. Hazırda "Kayzerslautern" 2:0 hesabı ilə öndədi.

Xatırladaq ki, Mahir Emreli 2-ci bundesliqa təmsilçisi "Kayzerslautern"lə iyunun 24-də 3 illik müqavilə bağlayıb.