Serbiya millisinin daha bir üzvü "Araz-Naxçıvan"da

27.07.2024 21:29 369
İdman
Çempionlar Liqasının hazırlığını davam etdirən “Araz-Naxçıvan” futzal klubu transfer çalışmalarını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, son çempion Serbiya millisinin üzvü ilə anlaşıb.

Marko Prşiç yeni mövsümdə “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq. Yeri gəlmişkən, 33 yaşlı müdafiəçi ilə “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov vaxtı ilə Serbiyanın “Ekonomaç” klubunda birgə çıxış ediblər. Futzalçının sonuncu klubu Küveyt “Al Arabi”si olub.