Emin Mahmudov “Neftçi”də 70-ci qolunu vurub. Yarımmüdafiəçinin yubiley topu Misli premyer-liqasının 25-ci turuna təsadüf edib. “Ağ-qaralar”ın kapitanı “İmişli” ilə ev matçında (6:0) fərqlənib.
"Football-plus.az" xəbər verir ki, Emin 2017-ci ildən çıxış etdiyi “Neftçi” forması ilə çıxdığı 281-ci oyunda 70-ci qolunu vurub. O, premyer-liqada 54 (229 oyunda), ölkə kubokunda 7 (27 oyunda), avrokuboklarda 9 (25 oyunda) dəfə rəqib qapılarına yol tapıb.
Emin “Neftçi”nin 89 illik tarixində 70 və ya daha çox qol vuran 10-cu futbolçudu. O, eyni sayda qol vuran Qurban Qurbanovla 9-10-cu yerləri bölüşür.
“Neftçi” tarixinin bombardiri Samir Ələkbərovun hesabında 142 qol var