Emin Mahmudov “Neftçi”də 250-ci oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli premyer-liqasının 31-ci turuna təsadüf edib. O, “Qarabağ”la matçın (0:3) 50-ci dəqiqəsində meydana çıxıb.
Emin premyer-liqada 201 dəfə “ağ-qaralar”ın formasını geyinib. O, ölkə kubokunda 24, avrokuboklarda 25 dəfə “Neftçi”nin heyətində meydana çıxıb. Bunlardan 4-ü Çempionlar Liqası, 11-i Avropa Liqası, 10-u Konfrans Liqası çərçivəsində baş tutub.
Qeyd edək ki, Emin 250 oyunda 58 qol vurub. O, premyer-liqada 43, kubokda 6, qitə miqyaslı turnirlərdə 9 dəfə fərqlənib.