“Football-plus.az” olaraq, oyundan öncə təmsilçimizin düşərgəsində durumla maraqlandıq. Görəsən, komandada atmosfer necədi? Hava şəraitini, eyni zamanda “qartallar”ı dəstəkləyəcək azarkeşlərin olub-olmayacağını öyrənmək istədik. Bu üzdən də “qartallar”ın mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəylə əlaqə saxladıq:
“Burda ab-hava normaldı. Komanda oyuna hazırlaşır. Hava istidi. Təəssüf ki, azarkeşlərimiz olmayacaq. Bildiyimə görə, Kiprdə azərbaycanlı yaşamır. Amma 16-17 min “Omoniya” azarkeşinin olacağı gözlənilir”.
Xatırladaq ki, qarşılaşma saat 21.00-da start götürəcək.
KAMAL SƏFƏR






