"Çelsi" adını İngiltərə futbolu tarixinə yazdırdı

1.02.2023 10:10 262
Dünya futbolu
"Çelsi" 105 milyon funt-sterlinqə "Benfika"dan Enzo Fernandesi transfer etdi.

Football-plus.az xəbər verir ki, argentinalı "zadəganlar"la 2031-ci ilin yayına qədər müqavilə imzaladı. Bununla da İngiltərə premyer-liqası tarixində rekorda imza atıldı.

Belə ki, ada ölkəsində indiyə kimi ən bahalı futbolçu alışını "Mançester Siti" həyata keçirib. "Şəhərlilər" 100 milyon funt-sterlinqə "Aston Villa"dan transfer edib.