Yamal, Holann və Mbappe

8.01.2026 21:37 8
Dünya futbolu
“Transfermarkt” portalı dünyanın ən bahalı hücumçularının yeni siyahısını tərtib edib. Mənbənin versiyasına əsasən, hazırda dünyada ən bahalı forvard adını eyni anda üç futbolçu bölüşür.

"Football-plus.az" xəbər verir ki, onlar “Barselona”nın vingeri Lamin Yamal, “Mançester Siti”nin bombardiri Erlinq Holann və “Real”ın hücumçusu Kilian Mbappedi. Hər üç futbolçunun bazar dəyəri 200 milyon avro göstərilib.

Onlardan sonra siyahıda “Real”ın digər futbolçusu Vinisius Junior yer alıb. Braziliyalı hücumçunun transfer dəyəri 150 milyon avrodu. Daha sonra isə bazar dəyəri 130 milyon avro olan üç futbolçu - Bukayo Saka (Arsenal), Aleksander İsak (Liverpul) və Maykl Olise (Bavariya) var.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul