“Turan Tovuz” Türkiyədə ilk yoxlama oyununa çıxır

9.01.2025 13:58 422
Ölkə futbolu
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün ilk yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi Rumıniyanın yüksək liqasında mübarizə aparan "Qloria Bizau" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16.30-da başlayacaq.

"Turan Tovuz" hazırda Misli premyer-liqasında 32 xalla 3-cüdü. "Qloria Bizau" isə ölkə çempionatında sonuncu - 16-cı yeri tutur. Qeyd edək ki, "Turan Tovuz" Antalyada daha bir yoxlama oyunu keçirəcək. Lakin komandanın digər rəqibi hələlik bəlli deyil.