"Turan Tovuz"un Antalyadakı rəqibləri müəyyənləşdi

6.01.2026 12:40 8
Ölkə futbolu
Mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, yanvarın 10-da "Turan Tovuz" Rumıniya təmsilçisi “Hermanştadt”la qarşılaşacaq. Yanvarın 17-də keçiriləcək ikinci oyunda isə rəqib Polşa təmsilçisi “Poqon” olacaq.

Oyunların başlama saatı ilə bağlı hələlik məlumat verilməyib.

Xatırladaq ki, Tovuz təmsilçisi yanvarın 18-dək məşqlərini Antalyada davam etdirəcək.