Milli komanda ilə vidalaşdı

2.09.2024 20:18 279
Dünya futbolu
Kiran Trippyer beynəlxalq futbolçu həyatı ilə bağlı qərar verib.

“Nyukasl”ın oyunçusu İngiltərə yığmasındkı karyerasını başa vurub. 33 yaşlı müdafiəçi bu haqda öz sosial şəbəkələrində məlumat yayıb.

O, 2017-ci ildən milli komandada çıxış edirdi. Kiran milli formada 54 matç keçirərib, 1 qol vurub və 5 qolun ötürməsini edib. Trippyer İngiltərə yığması ilə AÇ-2020 və AÇ-2024-ün gümüş medalçısı olub.