İspaniya dünya çempionatının finalında! - DÇ gecəsi

15.07.2026 00:59 9
Dünya futbolu / DÇ 2026
Bu gün futbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib.

Bakı vaxtı ilə saat 23.00-da başlayan yarımfinal oyununda Fransa və İspaniya yığmaları meydana çıxıb.

“Football-plus.az” xəbər verir ki, bir qədər əvvəl başa çatan oyunda İspaniya 2:0 hesabıyla qalib gəlib.

İspaniyanın finaldakı rəqibi iyulun 15-i, Bakı vaxtı ilə saat 23.00-da başlayacaq İngiltərə - Argentina oyununda müəyyənləşəcək.

Fransa – İspaniya 0:2
Mikel Oyarsabal, 22-p. Pedro Porro, 58.