Zlatko Daliç Xorvatiya yığmasını daha bir neçə il çalışdıracaq.
"Football-plus.az" xəbər verir ki, yerli futbol təşkilatı baş məşqçi ilə müqaviləni yeniləyib. 56 yaşlı mütəxəssislə 2024-cü ilə qədər nəzərdə tutulan müqavilənin müddəti 2026-cı ilədək uzadılıb. Daliç Xorvatiya millisini 2017-ci ildən çalışdırır. Komanda onun rəhbərliyi altında DÇ-2018-də 2-ci, DÇ-2022-də isə 3-cü yeri tutub.