Rusiya yığmasında yeni müqavilə

6.11.2022 15:56 367
Dünya futbolu
Valeri Karpin Rusiya yığmasını daha uzun müddət çalışdıracaq.

Rusiya Futbol İttifaqının rəhbərliyi onunla əməkdaşlığı davam etdirmək qərarına gəlib. 53 yaşlı mütəxəssislə müqavilənin müddəti 2024-cü il avqustun 1-dək uzadılıb.

Karpin Rusiya millisini 2021-ci ilin iyulundan çalışdırır. Komanda onun rəhbərliyi altında keçirdiyi 8 matçda 6 qələbə qazanıb, 1 oyunu heç-heçə başa vurub, 1 dəfə isə uduzub. Qeyd edək ki, Karpin bu ildən eyni zamanda “Rostov”u çalışdırır.