"Neftçi" "Partizan"a da uduzdu

6.07.2026 21:20 25
Ölkə futbolu
"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Yuri Vernidubun komandası Serbiya "Partizan"ı ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 20.00-da start götürən matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Paytaxt təmsilçisi ilk yoxlama oyununda Rumıniya "ÇFR Kluj"una 1:2 hesabı ilə uduzub.