“Qarabağ” qələbə qazandı

9.07.2024 23:33 298
Premyer-liqa
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama matçını keçirib.

"Football-plus.az” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan klubunun heyətində 22 və 44-cü dəqiqələrdə Leandro Andrade fərqlənib. Rəqib komandanın yeganə qoluna isə 49-cu dəqiqədə Kristof Kabonqo imza atıb.

Qeyd edək ki, "köhlən atlar" günün ilk oyununda Almaniyanın "Kayzerslautern" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.