Belçika yığmasının futbolçusu Şarl De Ketelare AÇ-2024-ün seçmə mərhələsində millimizə qarşı keçiriləcək oyunu buraxa bilər.
"Football-plus.az" xəbər verir ki, buna səbəb onun məşq zamanı zədələnməsidi.
İtaliyanın “Atalanta” klubunun üzvü dizindən xəsarət alıb. Bu üzdən o, komandasının qarşıdakı matçlarında iştirak edə bilməyəcək. 22 yaşlı oyunçu millilərin iştirakı ilə baş tutacaq oyunlar zamanı bərpa dövrü keçəcək. Onun Belçika yığmasına çağırılmaq şansı da azdı.
Noyabrın 15-də Serbiya ilə yoldaşlıq görüşü keçirəcək Belçika millisi bundan 4 gün sonra yığmamızı qəbul edəcək.