Bəs, “Sabah”ın bu gün böyükhesablı qələbə qazanmasına və cütün taleyini ilk matçda həll etməsinə nə mane ola bilər?
“Football-plus.az” bu suallarla təcrübəli mütəxəssis Şahin Diniyevə müraciət etdi. Onun cavabı:
“"Sabah"ı çətin bir oyun gözləyir. Asan matç yoxdu. Bəli, “Sabah” Uels çempionundan güclüdü. Futbolçularının fərdi bacarıqları üstündü. Lakin bu o demək deyil ki, böyükhesablı qələbə "cibdədi". Görüşə ciddi hazırlaşmaq lazımdı. Futbol yuxarıdan aşağı baxmağı sevmir. Mövsümün ilk rəsmi matçıdı. “Sabah”ın hansı formada olduğunu bilmirik. Kollektiv ən yaxşı formasına çatmaq üçün 6-7 oyun keçirməlidi. Futbolçular yoxlama oyunlarına motivasiyasız çıxır. Rəsmi oyunlar fərqli səviyyədə keçir. Bu səbəbdən, düşünmürəm ki, “Sabah” asanlıqla böyükhesablı qələbə qazanacaq. Hətta "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı. Çempionlar Liqasında asan rəqib yoxdu. "Sabah"a uğurlar arzu edirəm".
Xatırladaq ki, qarşılaşma saat 20.00-da başlayacaq.
İSRAYIL XEYRULLAYEV






