"Kəpəz" hücumçu ilə yolları ayırdı

7.07.2026 10:52 18
Ölkə futbolu
"Kəpəz" futbolçusu Luis Paçu ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ötən mövsüm "Kəpəz"də 29 oyun keçirən 30 yaşlı futbolçu 5 qol vurub. O, 2024-cü ilin iyulundan Gəncə klubunda oynayırdı.

Xatırladaq ki, "sarı-göylər" yay fasiləsində Rauf Hüseynli, Məmməd Hüseynov və Fərid Nəbiyevlə də yolları ayırıb.