"Ankaragücü" Həsənlə peşəkar müqavilə imzaladı

23.06.2025 21:57 25
Ölkə futbolu
"Ankaragücü"nün U-19 komandasının üzvü azərbaycanlı futbolçu Həsən Nəzərovla peşəkar müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Həsən Nəzərov 2023-cü ildə "Ankaragücü" kollektivindədi. O, ötən ildən əsas komandanın da formasını geyir.