Millimiz Səudiyyə Ərəbistanına qalib gəldi

26.07.2023 12:40 235
Yığma
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, AFFA-nın saytına istinadən xəbər verir ki, Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında Səudiyyə Ərəbistanı milli komandasına qarşı oyun 3:1 hesabı ilə millimizin xeyrinə nəticələnib.

Yığmamızın heyətində Comərd Baxşəliyev, Hüseyn Axundov və Orxan Məmmədov fərqlənib. Bu komandalar arasında növbəti oyun sabah keçiriləcək.