Millimiz Türkiyəyə məğlub oldu

5.05.2023 10:31 246
Yığma
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Türkiyə millisinə qarşı oyun 4:2 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.

Millimizin heyətində Elşad Manafov və Orxan Məmmədov fərqlənib. Bu komandalar arasında növbəti bu gün keçiriləcək. İlk qarşılaşmada isə Türkiyə yığması 4:3 hesabı ilə qalib gəlib.