''Qalatasaray''ın hazırlıq oyunlarında rəqibləri bəlli oldu

4.07.2026 18:40 26
Dünya futbolu
Yeni mövsümün hazırlığına iyulun 7-dən etibarən start verməyi planlaşdıran ''Qalatasaray''ın ilk yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

Son çempion iyulun 23-29-da Avstriyanın Vindişqarsten bölgəsində toplanış keçəcək və burda iki yoxlama oyunu keçirəcək. Hər ikisi də İtaliya təmsilçilərinə qarşı. ''Cim-Bom'' iyulun 24-də ''Reyfayssen Arena''da ''Montsa'', iyulun 27-də ''Hofmann Personal'' stadionunda ''Venetsiya'' ilə qarşılaşacaq. Hər iki rəqib ötən mövsümü B seriyasında keçirsə də, yeni mövsümdə A seriyasında iştirak edəcək.

''Qalatasaray'' daha bir yoxlama oyununu isə vətənə qayıtdıqdan sonra keçirəcək. Okan Burukun komandası avqustun 8-də doğma ''Rams Park''da İspaniyanın iddialı klublarından olan ''Vilyarreal'' ilə üz-üzə gələrək yeni mövsümdə ilk dəfə fanatları onunda oyun keçirəcək. Digər yoxlama matçları ilə bağlı məlumat daha sonra veriləcək.