"Qarabağ" azarkeşləri üçün şad xəbər - ciddi problem aradan qalxdı!

6.07.2026 18:30 114
Avrokuboklar / Manşet
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Qarabağ” - “Vestri” (İslandiya) matçının biletlərinin satışa çıxarıldığını yazmışdıq. Proses üç gün əvvəl, saat 15.00-dan etibarən başlamışdı. İş ondadı ki, bir neçə saat sonra "köhlən atlar" tərəfindən bilet satışının müvəqqəti dayandırıldığı açıqlandı. Buna DigitalOcean Managed Database xidmətində baş vermiş texniki nasazlığın səbəb olduğu bildirildi.

Bəs, problem aradan qaldırılıbmı? Həmçinin indiyə qədər neçə bilet sahibini tapıb?

Bu suallarla ağdamlıların Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Klub rəsmisi "Football-plus.az"a açıqlamasında problemin həll edildiyini, prosesin davam etdiyini bildirdi. Ancaq həftəsonu olduğundan satılan biletlərin sayıyla bağlı dəqiq rəqəmin bəlli olmadığını da dedi.

Xatırladaq ki, "Tofiq Bəhramov"da keçiriləcək qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edir. VİP sektorlar üzrə biletlər 50, 75 və 100, VVİP sektorlar üçün isə 150 manata satışa çıxarılıb.

Biletləri yalnız "iticket.az"ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündü. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər "iticket.az"ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” fanşopuna və "Tofiq Bəhramov"un kassalarına müraciət edə bilər.

“Qarabağ” - “Vestri” görüşü iyulun 9-da saat 20:00-da başlayacaq.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul