"Qarabağ" - "Ayaks" matçının biletləri satışda

4.12.2025 15:14 18
Avrokuboklar
Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks” (Niderland) oyununun biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Dekbarın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti aşağıdakı kimidi:

Standart biletlər: 10, 15, 25, 35, 40, 50, 75 AZN
VIP sektorlar: 200, 250, 300 və 400 AZN
VVIP sektorlar: 1000 AZN


Biletlər yalnız "iticket.az"ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər "iticket.az"ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ”ın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.