UEFA-dan Kamal Umudluya yeni təyinat

26.07.2024 16:53 353
Ölkə futbolu
Azərbaycanlı FİFA referisi Kamal Umudlu növbəti təyinatını alıb.

O, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Drita” (Kosovo) – “Breydablik” (İslandiya) qarşılaşmasının baş hakimi olacaq. Referiyə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 30-da Poduyevo şəhərində yerləşən “Zahir Payaziti” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.