Van Diyk tarixə düşə bilər

20.06.2024 11:35 309
Dünya futbolu
Vircil van Diyk tezliklə komandasını dəyişə bilər. “Əl-Nəssr” “Liverpul”un müdafiəçisini transfer etməyə hazırlaşır.

“Marca” qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanı klubun rəhbərliyi artıq Van Diykin nümayəndələri ilə görüşüb. “Əl-Nəssr” 32 yaşlı futbolçuya onu dünyanın ən yüksək maaş alan müdafiəçisinə çevirə biləcək müqavilə təklif edib.

Van Diyk “Liverpul”da 2018-ci ilin yanvarından çıxış edir. O, indiyədək bu komandada bütün turnirlərdə 270 oyuna çıxıb, 23 qol vurub və 12 məhsuldar ötürmə verib.