“Liverpul”da yeni rekord

18.02.2024 13:13 169
Dünya futbolu
Premyer-liqanın “Brentford” ilə oyunu Vircil van Diyk üçün əlamətdar olub.


"Football-plus.az" xəbər verir ki, o, “Liverpul”un heyətində meydana çıxdığı 250-ci oyunda 171-ci qələbəyə sevinib. Niderlandlı müdafiəçi qələbə göstəricisinə əsasən rekord müəyyən edib.

32 yaşlı Vircil İngiltərə klubunda 2018-ci ilin yanvarından çıxış edir. O, indiyədək premyer-liqada “qırmızılar”ın heyətində meydana çıxdığı 184 matçda 17 qol vurub.