Mareskanın yerini kim tutacaq?

2.01.2026 23:33 9
Dünya futbolu
Entso Mareska artıq “Çelsi”nin baş məşqçisi deyil.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu onu istefaya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda 45 yaşlı mütəxəssislə yolların ayrıldığı açıqlanıb.

İtaliyalı məşqçi komandaya 2024-cü ilin yayından rəhbərlik edirdi. Mareska əvvəllər “Parma” və “Lester”i də çalışdırıb.

Yeri gəlmişkən, London klubu “Strasbur”un baş məşqçisi Liam Rosenyoru komandaya gətirmək niyyətindədi. Təyinatın qısa müddətdə rəsmiləşməsi gözlənilir.