"İki qələbədən sonra göylərdə uçmaq lazım deyil" - Yuri Vernidub

23.08.2026 23:49 3
Ölkə futbolu / Manşet
"Neftçi" Misli premyer-liqasının 2-ci turunda "Araz-Naxçıvan"ı darmadağın etdi - 4:0.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- "Neftçi" digər komandalara nisbətdə təlim-məşq toplanışına daha tez başladı. Komandanın hazırda daha yaxşı oyun sərgiləməsini bu amilə bağlamaq olarmı?
- Bu suala cavab vermək çətindi. Bəli, təlim-məşq toplanışına daha tez başladıq. Bundan əvvəl "Sumqayıt"la matçda da yaxşı oyun sərgiləmişdik. Bu gün "Araz-Naxçıvan"ın yox, "Neftçi"nin günü idi. Rəqib pis komanda deyil. Yaxşı oynayırdılar. Sadəcə, belə alındı. İlk hissədə yaxşı təzyiq göstərə bildik.

- İkinci hissədə 1 qol vurmağınız və qol epizodlarının boşa xərclənməsi sizi narahat etdimi?
- 4:0-dan sonra ikinci hissədə bunu davam etdirmək çətin olur. Çoxlu epizodlarımız oldu, lakin bunu dəyərləndirə bilmədik. Emil Balayev 3 real qoldan bizi xilas etdi. Onu da təbrik etmək istəyirəm.

- Son illərə baxsaq, "Neftçi"nin belə uğurlu start etdiyini görməmişdik...
- Hər bir futbolçuya təşəkkür etmək istəyirəm. "Dinamo" ilə matçdan sonra narahat idim. Lakin futbolçular öz üzərində çox işlədiklərini sübüt etdilər. Hər biri göstərdi ki, adları böyük hərflərlə yazılan futbolçulardı. Bizi "Zirə"yə qarşı çətin matç gözləyir. O oyun da maraqlı olacaq. İki qələbədən sonra göylərdə uçmaq lazım deyil. Növbəti matçlara hazırlaşmaq lazımdı. Çempionat çətindi. Kifayət qədər bərabərsəviyyəli komandalardan təşkil olunan yarışdı.

- Zirvədə qalmaq çətindi. "Qarabağ" və "Sabah"ın avrokuboklardakı davamlı çıxışının sizə çempionatda daha çox kömək edəcəyini nəzərə alsaq, onlara azarkeşlik edəcəksizmi?
- Bəli, onlara dəstək olacam. Azərbaycan klubları olaraq onları dəstəkləmək lazımdı. Qazanılan hər bir xal Azərbaycan futbolu adına bir uğurdu.

- Komanda ilk iki premyer-liqa oyununda künc zərbələrindən fərqləndi. Bu cür epizodların hazırlığına daha çox vaxt ayırırsız?
- Çempionatda çox qollar standart vəziyyətdən vurulur. Biz də hər matçdan əvvəl buna xüsusi çalışırıq. Rəqibi analiz edərkən də bütün epizodları nəzərə alırıq.

- "Dinamo"ya məğlubiyyət sizin yadınızdan çıxmır və bu gün də o məqamı xatırladız...
- Bu məğlubiyyət mövsümün sonuna kimi yadımdan çıxmayacaq. Acısını çəkəcəm. Bütün məsuliyyət mənimdi. Məhz buna görə yenə sizdən üzr istəyirəm. Çalışacam ki, bir daha sizi məyus etməyim.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul