Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununun biletləri satışa çıxarılıb.
"Football-plus.az" xəbər verir ki, standart biletlərin qiymətləri 5, 10, 30, 40, 50, 75 manat, VIP sektorlar üçün 150, 200, 250, VVIP sektorlar üçün 500 manatdır. Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə etmək mümkündü. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər "iTicket.az"ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ"ın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.
Xatırladaq ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20.45-də start götürəcək.