"Qarabağ" - "Ayntraxt" matçının biletləri satışa çıxır

15.01.2026 17:24 11
Avrokuboklar
Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” (Almaniya) oyununun biletləri satışa çıxır.

"Football-plus.az" xəbər verir ki, biletlər 16 yanvar, saat 12.00-dan etibarən satışda olacaq.

Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN; VIP sektorlar: 200, 250, 300 və 400 AZN; VVIP sektorlar: 1000 AZN

Biletlər yalnız "iticket.az"ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər "iticket.az"ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ”ın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Klubun açıqlamasında bildirilib ki, saxta biletlərə və digər saytlara aldanmayın.

Xatırladaq ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Ayntraxt" matçı saat 21.45-də başlayacaq.