Yusif İmanov üçün əlamətdar oyun

24.08.2026 11:54 0
Ölkə futbolu
Misli premyer-liqasının 2-ci turu Yusif İmanov üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, “İmişli”nin qapıçısı ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib. “Zirə” ilə qarşılaşmada (1:3) buraxdığı ikinci top onun qapısına vurulan 100-cü qol olub.

100 oyunda 101 top buraxan İmanov üç komandada çıxış edib. 2021/22 mövsümündə debüt etdiyi “Sabah”da ümumilikdə 80 çempionat görüşündə 75 top buraxan qolkiper “Kəpəz” 18 matçda 23, “İmişli”də 2 qarşılaşmada 3 dəfə qola üzülüb.

İmanov turnirin tarixinə 100 və daha çox oyun keçirən 458-ci futbolçu kimi düşüb. O, buna nail olan 39-cu qapıçıdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul