Vaqif Cavadovun köməkçiləri müəyyənləşdi

10.01.2025 19:58 349
Ölkə futbolu
"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadovun məşqçilər korpusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı mütəxəssisin köməkçiləri Şahin Abdullayev və uzun illər "Sumqayıt"a kapitanlıq etmiş Vurğun Hüseynov olacaq. Qapıçılar üzrə məşqçi vəzifəsini Emil Babayev, fiziki hazırlıq üzrə məşqçi vəzifəsini isə Gerard Martinez Bernat icra edəcək.

Xatırladaq ki, daha öncə Vaqif Cavadovla 2,5 illik müqavilə imzalanıb.