Emil məhsuldar ötürməylə yadda qaldı

30.04.2024 11:20 161
Dünya futbolu
Ukrayna premyer-liqasında 26-cı tura yekun vurulub.

“Football-plus.az” xəbər verir ki, millimizin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi “Polesye” öz meydanında “Vorskla” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mustafayev meydana start heyətində çıxıb və 80-ci dəqiqədə asist edib.

Qeyd edək ki, "Polesye" hazırda 42 xalla 6-cı yerdədi.