Emil Mustafayev yenə "Minay"a qol vurdu

8.04.2024 18:20 226
Ölkə futbolu / Manşet
Millimizin futbolçusu Emil Mustafayev Ukrayna çempionatında fərqlənib.

"Football-plus.az" xəbər verir ki, o, premyer-liqada növbəti qolunu vurub. “Polesye”nin 23 yaşlı yarımmüdafiəçisi bunu 23-cü turun “Minay”la qarşılaşmasında bacarıb. O, meydana start heyətində çıxıb və komandasının 3-cü qoluna imza atıb – 3:2.

Qeyd edək ki, bu, Mustafayevin mövsümdə 2-ci qoludu. O, ilk dövrənin "Minay"la qarşılaşmasında da fərqlənmişdi.