"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı

29.06.2026 14:38 17
Ölkə futbolu
“Araz-Naxçıvan” yeni mövsüm üçün hazırlığa iyulun 10-da başlayacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İlk 3 gün ərzində futbolçular tibbi müayinədən keçəcəklər. Ayın 13-dən 20-dək təlim-məşq toplanışının birinci mərhələsi olacaq. İyulun 20-də klubun əvəzedici heyəti ilə yoxlama oyunu keçiriləcək. Ertəsi gün dincələk futbolçular hazırlıq prosesinin ikinci mərhələsinə iyulun 22-də başlayacaq.

Ayın 31-dək davam edəcək bu mərhələdə “qırmızı-ağlar” 3 oyunda gücünü sınayacaq. İyulun 24-də “İmişli”, ayın 31-də isə “Şəfa” sparrinq-rəqib olacaq. İyulun 28-də keçirilməsi nəzərdə tutulan oyundakı rəqib dəqiqləşməyib. Avqustun ilk 2 günündə istirahət edəcək “Araz-Naxçıvan” ayın 3-də bir araya gələcək və 4 gün sonra yoxlama matçında gücünü sınayacaq. Avqustun 7-nə planlaşdırılan görüş üçün sparrinq-rəqib seçilməyib. Bu qarşılaşmadan sonra bərpa və istirahət edəcək futbolçular avqustun 10-dan etibarən yeni mövsümün ilk oyununun hazırlığına başlayacaq.

Bütün hazırlıq prosesinin Bakıda keçiriləcəyi bildirilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul