Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün sonuncu yoxlama oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi Türkiyə "Kocaelispor"u ilə qarşılaşacaq. 1-ci liqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.
Qeyd edək ki, “Zirə” daha əvvəl Türkiyə “Fatih Karagümrük”ü ilə qolsuz, Tanzaniyanın “Simba” klubu ilə 1:1 hesablı heç-heçə edib