Milli komandaların tarixinə düşdü

25.03.2024 11:30 154
Dünya futbolu
Kristof Baumqartner tarixə düşüb.

Avstriya yığmasının yarımmüdafiəçisi milli komandaların tarixində ən erkən qolun müəllifi olub.

“beIN SPORTS” telekanalının məlumatına görə, Kristof yoldaşlıq matçının 6-cı saniyədə Slovakiya millisinin qapısına yol tapmaqla hesabı açıb. Bu, milli komandalar tarixinin ən erkən qolu kimi qeydə alınıb. Əvvəlki rekord 2013-cü ildə Ekvadorun qapısına 7-ci saniyədə qol vuran almaniyalı futbolçu Lukas Podolskiyə məxsus idi.

Avstriya Slovakiyaya 2:0 hesabı ilə qalib gəlib.