Dünən Vətən müharibəsi zamanı Gəncəyə atılan raket zərbələri nəticəsində hər iki valideynini itirən Hüseyn Əliyevin doğum günü olub.
“Football-plus.az” xəbər verir ki, Hüseynin 11 yaşı tamam olur. Şəhid ailəsinin övladı həm də “Kəpəz”in aşağı yaş qrupu üzrə müvafiq komandasının üzvüdü. “Kəpəz” – “Sumqayıt” oyunundan əvvəl ona klub tərəfindən hədiyyələr təqdim olunub. Futbolçular ilə birlikdə meydana çıxan Hüseynə kapitan Yusif Nəbiyev hədiyyələr verib. Həmçinin, oyunda topa simvolik olaraq ilk zərbəni də Hüseyn Əliyev vurub.
“Kəpəz”dən təqdirəlayiq addım
Premyer-liqa


